İnkişaf proqramı çərçivəsində üçüncü seminar keçirilib
Aprelin 16-da Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı çərçivəsində Goranboyda üçüncü seminar baş tutub. Budəfəki sessiyalarda atmaların 8 istiqaməti və boğucu fəndlər üzrə praktiki məşğələlər təşkil olunub. Məşğələlər ACF-in təhsil üzrə ekspertləri İsmayıl Rzayev, Samir İsmayılov və Natiq Qurbanlı tərəfindən keçirilib.
Seminarda Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur regionlarından olan məşqçi-müəllimlər iştirak ediblər.
Qeyd edək ki, proqram hər regionda 6 gün davam edəcək.