ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

İslamiada: Cüdoçularımızın rəqibləri bəlli oldu

İslamiada: Cüdoçularımızın rəqibləri bəlli oldu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

İslamiadada Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 12 cüdoçu (5 kişi, 7 qadın) ilə təmsil olunacaq. Turnirdə 32 ölkədən 147 cüdoçu iştirak edəcək.

Yarışın təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 12:00-dan, final blokunu isə 18:00-dan etibarən JudoTV.com saytından canlı olaraq izləyə bilərsiniz.

 

Kişilər

 

-66 kq, 1/4 final

Ruslan Paşayev – Yerjan Yerenkayıpov (Qazaxıstan) / İsmael Alhassane (Niger) cütünün qalibi ilə 

 

-73 kq, 1/8 final

Hidayət Heydərov – Aden-Aleksandr Husseyn (Cibuti)

 

-90 kq, 1/4 final

Elcan Hacıyev – Ali Abdelaal (Misir) / Aydar Arapov (Qazaxıstan)

 

-100 kq, 1/4 final

Zelim Kotsoyev – Karamnob Saqaipov (Livan) / Abdurahman Sisey (Qambiya) 

 

+100 kq, 1/4 final

Uşanqi Kokauri – Muzaffarbek Turoboyev (Özbəkistan)

 

Qadınlar 

 

-48 kq, 1/4 final

Könül Əliyeva – Axliya Muminova (Tacikistan)

 

-52 kq, 1/8 final

Gültac Məmmədəliyeva – Buketnur Karabulut (Türkiyə)

 

-52 kq, 1/4 final

Aydan Vəliyeva – Madina Qurbonzoda (Tacikistan) / Sintya Badru (Mozambik) cütünün qalibi ilə

 

-57 kq, 1/4 final

Fidan Əlizadə – Dina Muxanbet (Qazaxıstan) / Jermen Nadej Bella Buanqa (Qabon) cütünün qalibi ilə

 

-70 kq, 1/4 final

Südabə Ağayeva – Fay Alslboud (Səudiyyə Ərəbistanı)

Aytac Qardaşxanlı – Maryam Barbat (İran)

 

-78 kq, 1/2 final

Günel Həsənli – Aruna Jangeldina (Qazaxıstan)