İslamiadada tarix yazan cüdoçularımız Vətənə qayıdıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən idmançılarımız Vətənə qayıdıb.
Cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 9 medal qazanıblar, qarışıq komanda yarışında isə çempion olublar.