İslamiadaya 4 medallı start
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları start götürüb. İlk yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
-73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda özbəkistanlı Şaxram Ahadovu məğlub edərək karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Bu gün tatamiyə çıxan digər cüdoçumuz Könül Əliyeva (-48 kq) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib.
Aydan Vəliyeva (-52 kq) və Ruslan Paşayev (-66 kq) isə bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, Azərbaycana VI İslam Həmrəyliyi Oyunlarına 12 cüdoçu ilə qatılıb.