ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

İsmayıllıda şəhid Vüsal Dəmirovun əziz xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə turnir təşkil olunub

İsmayıllıda şəhid Vüsal Dəmirovun əziz xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə turnir təşkil olunub

9 sentyabr 2022-ci ildə İsmayıllı Olimpiya İdman Kompleksində İkinci Qarabağ müharibəsi şəhidi Vüsal Dəmirovun doğum günü ilə əlaqədar cüdo üzrə U-18 açıq rayon birinciliyi keçirilib. 

Turnirə paytaxt Bakıdan və digər regionlardan ümumilikdə 24 komanda qatılıb. 200-ə yaxın idmançının qatıldığı yarışın təntənəli açılış mərasimində rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, qonaqlar iştirak ediblər. 

Tədbirin girişində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid Vüsal Dəmirovun anası Nüşabə Dəmirova turnirin mükafatçılarını medal və diplom ilə təltif edib. 

Qeyd edək ki, Vüsal Dəmirov cüdo ilə məşğul olub və ikinci Qarabağ müharibəsi başlanan gündən düşmənlə mübarizi aparıb.           

Tank sürücüsü  olmuş Vüsal igidcəsinə savaşıb və Fizuli rayonunda şəhidlik zirvəsinə ucalıb. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!