ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Julien Brulardın Azərbaycana səfəri

Julien Brulardın Azərbaycana səfəri
Julien Brulardın Azərbaycana səfəri
Julien Brulardın Azərbaycana səfəri
Julien Brulardın Azərbaycana səfəri

Beynəlxalq Cüdo Federasiyası fransalı idmançı Julien Brulardla birgə yeni layihəyə start verib. Layihənin əsas məqsədi bütün dünyada cüdo idman növünün dəyərlərini təbliğ etmək, cüdo fəlsəfəsini kütləviləşdirmək və insanlara onları aşılamaqdır. Qeyd edək ki, Julien Brulardla həyata keçirilən layihənin əsas xüsusiyyəti ondan ibarətdir ki, Brulard təyyarədən istifadə etməyərək dünyanı gəzir və o artıq 21 ölkədə olub.

Hal-hazırda isə Brulard ölkəmizdə qonaqdır. İdmançı Bakıda cüdo ilə məşğul olan uşaqları və yeniyetmələri motivasiya etmək məqsədi ilə onlarla birgə məşq edib, “master class” keçib.

Cüdoçu Julian Brulard “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin qonağı olub. Cüdo ilə bağlı keçirdiyi “master klass” düşərgə iştirakçıları tərəfindən yüksək maraqla qarşılanıb. Düşərgə iştirakçıları qonaq idmançı ilə müxtəlif cüdo texnikaları məşq edib, fərqli fəndlərin necə həyata keçirilməsini öyrəniblər. Həmçinin, o Dünya çempionatına hazırlaşan yeniyetmə oğlanlar ibarət milli yığma komandanın məşq prosesində iştirak edib.