“Kamillik yolu” sənədli filmi izləyicilərə təqdim edilib
2 yanvar 2023-cü ildə Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyinə həsr edilən “Kamillik yolu” sənədli filmi Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında və sosial səhifələrində izləyicilərə təqdim edilib.
Sənədli filmdə Azərbaycan cüdosunun 50 ildə keçdiyi şərəfli yola qısa nəzər salınır, cüdomuzun keçmişi, bugünü və gələcəyi haqqında cüdo ailəsinin tanınmış nümayəndələrinin fikirləri təqdim edilir.
Sənədli film Azərbaycan Cüdo Federasiyasının sifarişi ilə “Peachline” şirkəti tərəfindən hazırlanıb. Ekran işinin quruluşçu rejissoru Ülviyyə Könül, ssenari müəllifi isə İsmayıl İmandır.
Filmin hazırlanması zamanı göstərdikləri texniki dəstəyə və bölüşdükləri arxiv materiallarına görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlıya və əməkdaşı Xəyalə Əzizovaya, əməkdar məşqçilər Tərlan Həsənov, Ağayar Axundzadə, Əli Dəvrişov, Zaur Rəcəbliyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfova, Milli Olimpiya Komitəsinin fotoqrafı Mirağa Əliyevə, “Judo Club 2012” İdman Klubu və “Atilla İdman Klubu” İctimai Birliyinin rəhbərliyinə Azərbaycan Cüdo Federasiyası adından təşəkkürümüzü bildiririk.
Xoş seyrlər!