Kifayət Qasımovanın idman həyatı haqqında bədii-sənədli film çəkilib
Tanınmış cüdoçu xanım, qadınlardan ibarət milli komandanın məşqçisi Kifayət Qasımovanın idman həyatı haqqında bədii-sənədli film çəkilib.
"After & Before" adlanan film yaxın günlərdə geniş ictimaiyyətə təqdim olunacaq.
Azərbaycan Cüdo Federasiya adından filmin ərsəyə gəlməsində başda ARB kanalının idman jurnalisti Azər İsmayıl olmaqla, zəhməti keçən hər kəsə təşəkkür edirik!