Kişilər arasında ACF turunun ikinci yarışı keçirildi
25 mayda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun ikinci turniri keçirilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 26 klub, cəmiyyət və idman təşkilatından olan 63 cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olub. Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.
Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.
Qalibləri təqdim edirik:
-60 kq.
1. Hüseyn Allahyarov (Cüdo Klub 2012)
2. Rəşad Məmmədov (Neftçi İdman Klubu)
3. Babarəhim Mirzəyev (Qobustan)
3. Murad Muradlı (Atilla İdman Klubu)
-66 kq.
1. Elşən Əsədov (Atilla İdman Klubu)
2. Tofiq Məmmədov (Atilla İdman Klubu)
3. Tofiq Əliyev (Gəncə)
3. Roman Uğurəliyev (Balaxanı İdman Mərkəzi)
-73 kq.
1. Rüfət Şövlətov (Sərhədçi İdman Mərkəzi)
2. Nəriman Mirzəyev (Neftçi İdman Klubu)
3. Kamran Qasımov (Siyəzən)
3. Elxan Mirzəzadə (İsmayıllı)
-81 kq.
1. Murad Allahverdiyev (Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Elcan Şəfiyev (Çevik İdman Klubu)
3. Zaməddin Poladov (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti)
3. Elcan Abbasov (Gəncə)
-90 kq.
1. İbrahim Ağakişiyev (Neftçi İdman Klubu)
2. Xəyyam Əliyev (Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzi)
3. Musa Hüseynli (Kanokan-TT İdman Klubu)
-100 kq.
1. Rəşadət Paşazadə (Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi)
2. Ruslan Nəsirli (Atilla İdman Klubu)
3. Nihad Əhmədov (Sərhədçi İdman Mərkəzi)
3. Elşən Nəbiyev (Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti)
+100 kq.
1. İmran Yusifov (Sərhədçi İdman Mərkəzi)
2. Camal Feyziyev (Neftçi İdman Klubu)
3. Eldar Əliyev (Atilla İdman Klubu)
İdmançıları təbrik edirik!