ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək

Kişilər arasında ACF turunun üçüncü yarışı keçiriləcək

24 iyulda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək. Şağan Olimpiya İdman Kompleskdində baş tutacaq yarışda 100-dən çox cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.

Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır. 

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Hər birinizi idmançılarımıza dəstək olmağa dəvət edirik!