ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Kişilər arasında Liqa yarışının birinci turu keçiriləcək

Kişilər arasında Liqa yarışının birinci turu keçiriləcək

Azərbaycan Cüdo Federasiyası kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə Liqa yarışının birinci turuna start verir. 

Yarış 6 mart 2025-ci ildə baş tutacaq. Yarışda 40 klub və idman cəmiyyətindən olan 278 cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, cari ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.