ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

KİV nümayəndələri cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində qonaq oldu

Dekabrın 27-də KİV nümayəndələri cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində qonaq olublar. Press-tur zamanı Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu iştirakçıları mərkəzdə idmançılar üçün  yaradılan şəraitlə tanış edib.

KİV nümayəndələri fiziki məşq zalına, Beynəlxalq Cüdo Federasiyasının standartlarına cavab verən tatamilər ilə təchiz olunmuş zallara, psixoloq, həkim, fizioterapiya və masaj otaqlarına baxış keçiriblər. Bundan əlavə, idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla tanış olublar.

Daha sonra,  2023-cü ilin idman nailiyyətlərinə dair və Azərbaycan Cüdo Federasiyasının fəaliyyətini əks etdirən  video çarx təqdim olunub və suallar cavablandırılıb.