Klublar arasında ACF Kuboku keçirildi
17 sentyabr tarixində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində U-18 klublar arasında cüdo üzrə Azərbaycan Cüdo Federasiyasının(ACF) qarışıq komanda kuboku keçirilib.
Qızlar -48 kq., -57 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayıblar.
Yarışda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərindən, Siyəzən rayonundan, Şimal, Şimal-Qərb, Qərb, Aran Qarabağ və Cənub regionundan olan 16 komandadan 124 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Bürünc medal uğrunda görüşlərdə Qərb regionu 4:0 hesabı ilə Şimal-Qərb regionuna, Kanokan TT idman klubu isə 4:0 hesabı ilə Şimal regionuna qalib gəlib.
Final görüşü Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə Respublika Kompleks İdman Məktəbi arasında keçirilib. Respublika Kompleks İdman Məktəbi 4:1 hesabı ilə qalib gələrək ACF Kubokunun qızıl medalını qazanıb.
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
1. Respublika Kompleks İdman Məktəbi
2. Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Kanokan TT idman klubu
3. Qərb regionu
5. Şimal regionu
5. Şimal-Qərb regionu
7. Qədiroğlu idman klubu (Mingəçevir)
7. Neftçi idman klubu (Bakı)