Koimbra Avropa Kuboku turniri start götürür
25 mayda Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk gününə start verilir.
Turnirin ilk günü oğlanların yarışında -60 kq. və -66 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Qızlar arasında isə -48 kq. və -52 kq. çəkidə 4 cüdoçumuz güclərini sınayacaq.
Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
İdmançılarımıza uğurlar arzulayırıq!