ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Komandamız EYOF-da 7-ci medalını qazandı

Komandamız EYOF-da 7-ci medalını qazandı

Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən XVI Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə fərdi yarışlar başa çatıb. Bu gün +100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Kənan Nəsibov polşalı idmançı Miloş Kloza qalib gələrək bürünc medala yiyələnib.

Bu Azərbaycanın EYOF-da qazandığı  sayca 7-ci medal olub. Belə ki, -57 kq. çəkidə Fidan Əlizadə qızıl medal, -48 kq. çəkidə Könül Əliyeva, -55 kq. çəkidə Murad Əliyev, -60 kq. çəkidə Nurlan Kərimli və -81 kq. çəkidə İsmayıl Zamanov gümüş medal, -52 kq. çəkidə Aydan Vəliyeva və +100 kq. çəkidə Kənan Nəsibov isə bürünc medal qazanıb. Bundan əlavə -44 kq. çəkidə Xumar Qasımzadə, -66 kq. çəkidə Eltac Yusifli və -100 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıblar. Beləliklə, 12 nəfərlik heyətlə yarışan komandamızın 10 üzvü yarışların medallar uğrunda mərhələsinə qədər irəliləyib və onlardan 7-i medal əldə edib. 

Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda 4-cü yeri, qızlarda isə 2-ci yeri tutub.

Qeyd edək ki, 30 iyulda qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.

Yarışlarda qələbə qazanan idmançılarımızı təbrik edirik və sabah komanda yarışında mübarizəyə davam edəcək təmsilçilərimizə uğurlar arzulayırıq!