Leyla Əliyeva Əbu-Dabi Böyük Dəbilqənin bürünc medalını qazandı
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ilk yarış günündə 1 bürünc medal qazanıb.
Yarışın ilk günündə 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxıb. Qadınlar arasında -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva üçüncü yer uğrunda mübarizədə italiyalı idmançı Franseska Milani üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
Kişilər arasında -66 kq. çəki dərəcəsində Ruslan Paşayev yarışı 5-ci yerdə tamamlayıb.