Linyano Avropa Kubokunda 5 cüdoçumuz mübarizə aparacaq
12-13 aprel tarixlərində İtaliyanın Linyano şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək.
Turnirdə 29 ölkədən 534 idmançı iştirak edəcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 4 çəki dərəcəsində 5 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığma komandanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Qızlar
-48 kq
Fəridə Mirzəyeva
-52 kq
Xədicə Qədəşova
-57 kq
Gülnarə Bayramova
-63 kq
Nilgün Rzayeva
Leyla Atayeva