ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Marius Vizer cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub

Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer fevralın 17-də cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində olub. Görüş zamanı ona təlim-məşq mərkəzində yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Cənab Marius Vizer mərkəzdə Beynəlxalq Cüdo Federasiyasının standartlarına cavab verən tatamilərlə təchiz olunmuş zallar və fiziki məşq zalı ilə tanış olub. O həmçinin psixoloq, həkim, fizioterapiya və masaj otaqlarına baxış keçirib, idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün istifadə olunan cihaz, avadanlıqlar və müasir resurslar haqqında da məlumat əldə edib.