ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Masters turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

Masters turnirində Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

3 avqustda Macarıstanın paytaxtı Budapeşt “Masters” turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 11 kişi və 1 qadın cüdoçu ilə təmsil olunacaq.

İlkin görüşlər saat 11:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.


Qadınlar


-52 kq. 

Gültac Məmmədəliyeva - Qiuliya Karna (İtaliya)


Kişilər


-60 kq. 

Balabəy Ağayev - David Naci (Macarıstan)

Turan Bayramov - Salih Yıldız (Türkiyə)


-66 kq. 

Yaşar Nəcəfov - Elios Manzi (İtaliya)

Kamran Süleymanov - Martin Setz (Almaniya)


-73 kq. 

Hidayət Heydərov - Tohar Butbul (İsrail) / Ken Oyoşi (Yaponiya) cütlüyünün qalibi


-81 kq. 

Səid Mollayi - Laçlan Morhead (Böyük Britaniya) / Askerbi Qerbekov (Bəhreyn) cütlüyünün qalibi

Zelim Tçkayev - Vedat Albayrak (Türkiyə)


-90 kq. 

Murad Fətiyev - Con Ceyne (Amerika Birləşmiş Ştatları)


-100 kq. 

Zelim Kotsoyev - Zlatko Kumrik (Xorvatiya)


+100 kq. 

Camal Qamzatxanov - Yelle Snippe (Niderland)

Uşanqi Kokauri - Maqomedomar Maqomedomarov (Birləşmiş Ərəb Əmirlikləri)


İdmançılarımıza uğurlar arzulayırıq!