Masters turnirində yarışacaq heyətimizdə dəyişiklik oldu
20-22 dekabrda İsraildə keçiriləcək “Masters” turnirində -73 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçularımız Rüstəm Orucov və Hidayət Heydərov zədələndikləri üçün milli yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə milli yığmanın heyətindən çıxarılıblar.
Cüdoçularımız müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb məşq prosesinə geri dönmələri üçün bütün lazımi tədbirlər görülür.
Rüstəm Orucova və Hidayət Heydərova bütün cüdo ailəsi adından şəfa diləyir və digər idmançılarımıza “Masters” yarışında uğurlar arzulayırıq.