ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Məktəblilərin cüdo üzrə Respublika çempionatı start götürür

Məktəblilərin cüdo üzrə Respublika çempionatı start götürür

9 iyunda Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə məktəblilərin cüdo üzrə Respublika çempionatının ilk yarış günü keçirilir.

İlk yarış günündə oğlanlar arasında -27 kq., -34 kq., -42 kq. və -50 kq. çəkilərdə, qızlar arasında isə -25 kq., -32 kq., -40 kq. və -48 kq. çəkilərdə qaliblər bəlli olacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə 145 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.