ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Məktəblilərin cüdo üzrə Respublika çempionatının ilk yarış günü keçirildi

Məktəblilərin cüdo üzrə Respublika çempionatının ilk yarış günü keçirildi

9 iyunda Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə məktəblilərin cüdo üzrə Respublika çempionatının ilk yarış günü keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə 145 cüdoçu medallar uğrunda mübarizə aparıb.

İlk yarış günündə oğlanlar arasında -27 kq., -34 kq., -42 kq. və -50 kq. çəkilərdə, qızlar arasında isə -25 kq., -32 kq., -40 kq. və -48 kq. çəkilərdə qaliblər bəlli olub.

Qaliblərin siyahısını təqdim edirik:

Qızlar

-25 kq.
1. Rüqəyya Səftərli (Tovuz)
2. Çinarə Əlizadə (Salyan)
3. Fatimə Həşimzadə (Xırdalan şəhər 1 nömrəli tam orta məktəb)
3. Aysu Hüseynov (Ağstafa)

-32 kq.
1. Əsginaz Verdiyeva (Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb)
2. Nuray Ağahüseynzadə (Xızı-Altıağac)
3. Aygül Nadirli (Qax)
3. Nərgiz Fərzəliyeva (İsmayıllı)

-40 kq.
1. Yağmur Abdullayeva (Bakı şəhəri 1 nömrəli İdman liseyi)
2. Gülçin Abbasova (Goranboy)
3. Mələk Vəliyeva (Mingəçevir)
3. Firəngiz Kamilova (Bakı şəhəri, Xətai rayonu, şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb)

-48 kq.
1. Yelena Tekiç (Azərbaycan Britaniya Kolleci)
2. Sunay Məcidova (Bakı şəhəri 1 nömrəli İdman liseyi)
3. Ləman Məmmədova (Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəb)
3. Nərmin Salahova (Xızı-Altıağac)

Oğlanlar

-27 kq.
1. İsgəndər Qulizadə (Bakı şəhəri, Nizami rayonu 10 nömrəli tam orta məktəb)
2. Əliəxsər Mirzəyev (Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb)
3. Bəhman Xəlilov (Sumqayıt şəhəri "İstedad" Liseyi)
3. Əlibəy Şıxəliyev (Qaradağ rayon 223 nömrəli tam orta məktəb)

-34 kq.
1. Cəfər Həmzəyev (Siyəzən)
2. Ramazan Fərzəliyev (Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb)
3. Davud Məmmədzadə (Naxçıvan Muxtar Respublikası)
3. Tunar Abdulla (Sumqayıt şəhər Təfəkkür Liseyi)

-42 kq.
1. Yusif Şahverdili (Bakı şəhəri 1 nömrəli İdman liseyi)
2. Mehdi Bəhram (Bakı şəhəri, Nizami rayonu, şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb)
3. Məhərrəm Bayramlı (Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəb)
3. Okan Kərimov (Göyçay)

-50 kq.
1. Mirrəhim Sultanov (Bakı şəhəri, Sabunçu rayonu, Nəriman Nərimanov adına 128 nömrəli tam orta məktəb)
2. Ayxan Hüseynov (Fatmayı kənd tam orta məktəbi)
3. Murad Şirinli (Novxanı kənd Mehdi Huseynzadə adına 1 nömrəli tam orta məktəb)
3. Mirhacıağa Nağıyev (Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb)

İdmançıları təbrik edirik!