ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Milli komandamız Açıq Asiya Turnirini 10 medalla tamamladı

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya Turniri başa çatıb. Son yarış günündə milli komandamızın daha 4 üzvü fəxri kürsüyə qalxıb. 

Qadınlar arasında -70 kq çəki dərəcəsinin finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medalı boynundan asıb. 

-78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb. Kişilərin mübarizəsində Elmar Qasımov (-100 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, ötən gün Tofiq Məmmədov (-60 kq), Gültac Məmmədəliyeva (-52 kq) qızıl, Hüseyn Allahyarov (-60 kq), Ülviyyə Bayramova (-57 kq) gümüş, Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) bürünc medalla yadda qalıblar. 

Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.