Milli komandamız İspaniyada hazırlıq keçdi
Cüdo üzrə milli komandamız İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesi 18–23 may tarixlərini əhatə edib. Beynəlxalq təlim-məşq toplanışı iyunda keçiriləcək Ulan-Bator Böyük Dəbilqəsi və Sindao Qran-Prisinə hazırlıq məqsədi daşıyıb.