Milli Olimpiya Komitəsinin fəaliyyətə başlamasının 30 illik yubileyidir!
2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin fəaliyyətə başlamasının 30 ili tamam olur.
Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə Olimpiya hərəkatı daha geniş vüsət alıb. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan qabaqcıl idman ölkəsinə çevrilib, idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda, uğurla çıxış edirlər.
Olimpiya idman növləri sırasına daxil olan cüdo idman növünün inkişafı da diqqətdən kənarda qalmayıb. Belə ki, hazırda ölkəmiz bu idman növü üzrə dünyanın aparıcı ölkələri ilə bir sırada durmaqdadır. Bu nəticələrin əldə edilməsində Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında qurulmuş sıx əməkdaşlığın böyük rolu vardır.
Azərbaycan cüdo ailəsi adından Milli Olimpiya Komitəsinin bütün kollektivini bu önəmli tarix münasibətilə təbrik edir, onlara məsuliyyətli işlərində uğurlar və Olimpiya Oyunlarında birlikdə yeni zirvələr fəth etməyimizi arzulayırıq!