“Nage-no-kata” seminarları davam edir
Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində “nage-no-kata” seminarları davam edir.
Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən məşğələlərdə BCF Akademiyasının ekspertləri iştirakçılara “nage-no-kata”nın nəzəri əsaslarını, texniki icra qaydalarını və tədris metodikasını öyrədir.