ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirildi

20 oktyabrda Naxçıvan Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasından olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub.

Seminar Azərbaycan Cüdo Federasiyası (ACF) Prezidentinin müşaviri, Dünya mükafatçısı Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən keçirilib. Seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Seminarda Natiq Bağırov tərəfindən yeniyetmə cüdoçular üçün master klass keçirilib. Master klass zamanı əsasən nevaza vəziyyətində (yerdə parter vəziyyəti) müxtəlif fəndlər yeniyetmə cüdoçulara nümayiş etdirilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.