Nazim Umbayev Avropa Cüdo Birliyi tərəfindən kişilər arasında ən progressiv hakim mükafatına layiq görüldü
Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatı zamanı Avropa Cüdo Birliyi tərəfindən “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevə 2022-ci ilin kişilər arasında ən progressiv hakim mükafatı təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından Nazim Umbayevi təbrik edirik, gələcək fəaliyyətində uğurlar arzu edirik!