Nazim Umbayev Dünya Kombat Oyunlarında ədalət təmsilçiləri arasında yer aldı
23 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya Kombat Oyunlarında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.
Nazim Umbayev yarışlarda Niderland və Yaponiya yığmaları arasında bürünc medal uğrunda görüşləri idarə edib.