ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Nazim Umbayev gənclər arasında dünya çempionatında ədalət təmsilçiləri arasında yer aldı

Nazim Umbayev gənclər arasında dünya çempionatında ədalət təmsilçiləri arasında yer aldı

4-8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev fərdi yarışlarda oğlanlar arasında +100 kq. çəkidə final görüşünü, qızlar arasında isə -52 kq. çəkidə final, -63 kq. çəkidə isə bürünc medal uğrunda görüşləri idarə edib.Qarışıq komanda yarışlarında isə Yaponiya və Fransa yığmaları arasında final görüşlərində ədalət təmsilçiləri arasında yer alıb.