ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Olimpiya çempionlarımız havalimanında böyük çoşqu ilə qarşılandı

Paris 2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında tarixi qələbə qazanan cüdolarımız Hidayət Heydərov və Zelim Kotsoyev Vətənə qayıdıb.

İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Cüdoçularımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.