Olimpiya çempionlarımız Laçında əhali ilə bir araya gəliblər
Olimpiya çempionlarımız Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Qarabağa səfər çərçivəsində Laçında əhali ilə bir araya gəliblər. Daha sonra onlar Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyində keçirilən görüşdə iştirak ediblər. Burada rayonun sosial-iqtisadi inkişafı məlumat verilib, həmçinin cüdonun bölgədəki perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı baş tutub.