Olimpiya çempionu Elnur Məmmədlinin iştirakı ilə Fransa səfirliyi idman tədbiri keçirtdi
14 mart tarixində Paris 2024 Olimpiya Oyunlarının başlanmasına 500 gün qalır. Bu münasibətlə Fransanın xaricdəki səfirlikləri 24 saat ərzində “2024 Oyunlar diyarı” etiketli idman tədbirləri təşkil edir.
Belə ki, Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Fransız Liseyində Olimpiya çempionu Elnur Məmmədlinin iştirakı ilə idman tədbiri keçirilib. Olimpiya çempionu görüş zamanı şagirdlərə cüdonun dəyərləri, fəlsəfəsi və fəndləri haqqında məlumat verib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon və səfirliyin digər nümayəndələri iştirak ediblər.