Olimpiya günü hamı üçün
Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında 23 iyun Olimpiya günü ilə əlaqədar məqalə dərc edilib.
Məqalədə Olimpiya Gününün birlik və həmrəylik günü olduğu qeyd edilir və bu münasibətlə 23 iyun 2022-ci ildə Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Xorvatiyanın Poreç şəhərində xüsusi qayğıya ehtiyacı olan yeniyetmə cüdoçular üçün təlim təşkil edildiyi bildirilir. Təlimdə iki olimpiya çempionu - Elnur Məmmədli və Urska Zolnir Cuqovar iştirak ediblər.
Zaqreb şəhərinin Fuci Cüdo Kulubunun xüsusi qayğıya ehtiyacı olan yeniyetmə cüdoçuları bu cür təlimlərdə iştirak etməklə bütün əngəlləri aşaraq potensiallarını realaşdırırlar.
“Həmkarımla birgə bu təlimdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Bu gənclərlə öz təcrübəmi bölüşməkdən çox böyük məmnunluq və qürur duyuram. Bu cür təlimlərin təşkili və buraya dəvət olunduğuma görə əməyi keçən hər bir kəsə təşəkkür edirəm”,- deyə Elnur Məmmədli EJU-ya verdiyi müsahibəsində bildirib.
Qeyd edək ki, bugün, 24 iyun tarixində yeniyetmələrin Avropa çempionatının açılış mərasimində Fuci Klubunun üzvləri nümayiş keçirəcək. Bu cüdonun bir idmandan daha artıq olduğunu sübut edir. Cüdo hamı üçündür!