Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinə müsahibə verib
Göygöl Avropa Kubokunun yarış günləri 2016-cı ilin Olimpiya Oyunlarının gümüş mükafatçısı, bu yaxınlarda Avropa Cüdo Birliyinin Atletlər Komissiyasının üzvü təyin edilən Rüstəm Orucov ölkəsinə dəstək olmaq və cüdonun regionda inkişafına töhfə vermək üçün turnirdə iştirak edib.
R.Orucov turnirin Göygöldə keçirilməsinin əhəmiyyətindən danışıb və bunu mühüm və tarixi hadisə hesab edir:
“İlk dəfə olaraq Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü Göygöldə 18 ölkənin iştirakı ilə beynəlxalq turnir təşkil olunub. Bölgədə turnirin təşkili paytaxt Bakı ilə müqayisədə müəyyən çətinliklər yaratsa da, tədbirin Göygöldə keçirilməsi cüdonun inkişafına kömək edəcək və onun potensialını beynəlxalq arenada nümayiş etdirəcək.”.
Rüstəm Orucov gənc idmançıların karyerasında Göygöl Avropa Kuboku kimi beynəlxalq turnirlərin əhəmiyyətindən danışıb. O, yeniyetmə idmançı kimi bu cür turnirlərdə iştirak etdiyini və həmin illərdə həmişə uğur qazanmadığını etiraf edir. Bununla belə, o, heç vaxt motivasiyasını itirməyib və daha çox çalışıb, bu da onun bugünkü bacarıqlı idmançı olmasına kömək edib.
O, gənc idmançıları heç vaxt arzularından əl çəkməməyə və məqsədlərinə doğru yorulmadan çalışmaq tövsiyə edir
Azərbaycanlı idmançı Avropa Cüdo Birliyində yeni tutduğu vəzifə haqqında danışıb: “Atletlər Komissiyasına üzvü olmaq və cüdonun davamlı böyüməsinə və inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm.
Mən digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, idmançıların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün öz fikirlərimi və tövsiyələrimi təqdim etməyə hazıram.”