ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

"Ölkəm və komandam üçün qızıl medal qazandığıma görə böyük şərəf duyuram”

"Ölkəm və komandam üçün qızıl medal qazandığıma görə böyük şərəf duyuram”

İyunun 24-dü yeniyetmələr arası Avropa çempionatının sonuncu günündə +90 kq. çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Bununla da  Azərbaycanın Avropa çempionatındakı medal sayını 9-a çatdırıb. 

“Bu gün özümü çox yaxşı hiss edirəm, komandaya daha bir qızıl medal qazandırmaq məni çox sevindirdi. Finala çıxmazdan əvvəl məşqçilərimlə taktiki məqsədlərimi müzakirə etdim və sonda qələbə qazandım! Komandamı dövlət himnini oxuduğunu görmək - çox gözəl hiss idi. Ölkəm və komandam üçün qızıl medal qazandığıma görə böyük şərəf duyuram”, - deyə Ramazan Əhmədov Avropa Cüdo Birliyinə verdiyi müsahibəsində sevincini bölüşüb.

AZERBAIJAN FINISH ON TOP