Ömər Rəcəbli Lozanna Böyük Dəbilqəsində bürünc medal qazandı
Azərbaycan cüdoçusu Ömər Rəcəbli (-81 kq) İsveçrənin Lozanna şəhərində keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə qarşılaşıb. Rəqibinə qalib gələn Ömər Rəcəbli fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.