Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq: Cüdoçular Qubada təlim-məşq keçir
Mayın 27-dən Azərbaycanın kişilərdən ibarət milli yığmanın üzvləri Qubadakı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirlər. 30-a yaxın cüdoçunun iştirak etdiyi məşq prosesi iyunun 6-dək davam edir.
İdmançılar yüksək performansı təmin etmək üçün intensiv məşq sesiyalarında iştirak edirlər, texnika və strategiyalarını mükəmməlləşdirirlər.
Təlim-məşq toplanışının əsas məqsədi idmançıları qarşıdan gələn Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıqdır.