Paris Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri bəlli oldu
3 fevralda Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan milli yığma komandası yarışda 9 cüdoçu ilə təmsil olunacaq.
Turniri canlı olaraq live.ijf.org saytında izləyə bilərsiniz.
-60 kq.
Balabəy Ağayev - Matheus Takaki (Braziliya)/Petros Çristodoulides (Kipr Respublikası) cütlüyünün qalibi
-66 kq.
Yaşar Nəcəfov - Cerard Kadet (Haiti)/An Cehonq (Koreya) qarşılaşmasının qalibi
-73 kq.
Nurlan Osmanov - İdo Levin (İsrail)
-81 kq.
Elcan Hacıyev - Medickson Del Obre Kortorreal (Dominikan)
Zelim Tçkayev - Pavel Drzmal (Polşa)
-90 kq.
Murad Fətiyev - Aydar Arapov (Qazaxıstan)
-100 kq.
Zelim Kotsoyev - Sedrik Olivar (Fransa)
+100 kq.
Uşanqi Kokauri - Mark Desçenes (Kanada)/ Voyçex Kordyalik (Polşa) cütlüyünün qalibi
Camal Qamzatxanov - Bubakar Mane (Qvineya-Bisau)
İdmançılarımıza uğurlar arzulayırıq!