Peşəkar inkişaf proqramında “osaekomi-waza” seminarı baş tutub
Bakıda cüdo məşqçiləri üçün təşkil olunan peşəkar inkişaf proqramı çərçivəsində “osaekomi-waza” mövzusunda seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasının təlimatçıları Rafiq Nəcəfov, İbrahim Aslanov və Əmrah Əhmədovun rəhbərliyi ilə keçirilən sessiyada saxlama texnikalarının düzgün qurulması, nəzarətin qorunması və xilasolma üsulları praktiki formada işlənilib.