Portuqaliya Qran Pri turnirinin ilk günündə cüdoçularımız 3 medal qazandı
Yanvarın 26-da Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelas
şəhərində cüdo üzrə Qran Pri turnirinin ilk günündə 1 gümüş və 2 bürünc medal əldə
ediblər. Yarışın ilk günündə 5 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Turan Bayramov bürünc medal qazanıb. Turan bürünc medal uğrunda görüşdə Qamzat Zayrbekova (Fərdi Neytral İdmançılar) qalib gəlib. -66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Yaşar Nəcəfov gümüş medal, -66 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Kamran Süleymanov bürünc medala sahib olub.