ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Poznan Avropa Kubokunda 7 medal və oğlanların mübarizəsində ilk pillə

Poznan Avropa Kubokunda 7 medal və oğlanların mübarizəsində ilk pillə
Poznan Avropa Kubokunda 7 medal və oğlanların mübarizəsində ilk pillə

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb. İkinci yarış günündə milli komandamız aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb. 

+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal əldə etmişdi. 

Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.