ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Prezident İlham Əliyev cüdo ailəsinin üzvlərini mükafatlandırıb

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi tədbirdə ölkədə idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırılıb.

Möhtərəm Prezidentimiz Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə cüdo üzrə Olimpiya və dünya mükafatçısı, veteranlar arasında üçqat dünya çempionu Mövlud Mirəliyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının vəsiqəsini təqdim edib.

Dövlətimizin başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış cüdo üzrə milli komandaların baş həkimi Ramil Vəliyevə və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədova yeni mənzillərin orderlərini təqdim edib.

Həmçinin, Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə cüdo üzrə Əməkdar məşqçi Tərlan Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Azərbaycan cüdo ailəsi adından Cənab Prezidentə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Bu yüksək qiymət cüdo ailəsinin üzvlərini yeni uğurlara ruhlandırır.