Qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçiriləcək
2-3 noyabrda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçiriləcək.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 228 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 15-18 dekabrda keçiriləcək qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.
İdmançılarımıza uğurlar arzulayırıq!