ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Qadınlar və kişilər arasında Bakı şəhər çempionatına yekun vurulub

Qadınlar və kişilər arasında Bakı şəhər çempionatına yekun vurulub

Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 30-31 oktyabrda cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olub. Yarışda Bakının 33 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 212 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə kişilər arasında -66 kq., - 81 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq. və -63 kq. çəki dərəcələrində qaliblər bəlli olub.

Yarışın son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, 2-ci yerə Cüdo Klub 2012, 3-cü yerə isə Neftçi İdman Klubu layiq görülüb. 14 komanda müxtəlif əyarlı medal qazanıb.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 29-30 noyabr – 1 dekabrda keçiriləcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyır.

Medalçıları təqdim edirik:


Qadınlar


-52 kq.

1. Ülviyyə Bayramova

2. Leyla Əliyeva

3. Xumar Qasımzadə

3. Çinarə Sadıqova


-63 kq.

1. Sevda Nəbiyeva  

2. Ayan Əliyeva  

3. Surə Hüseynova  

3. Emilya Mirzəyeva  


Kişilər


-66 kq.

1. Elşən Əsədov  

2. Bəhram Qurbanlı  

3. Nicat Nağıyev  

3. Qasım Vəlizadə  


-81 kq.

1. Roman Qarayev  

2. Mehdi Abbasov  

3. Sahib Çərkəzli  

3. Nicat Sultanov  


-100 kq.

1. Xəyyam Əliyev  

2. Şamil Qasanov  

3. Natiq Bəşirov  

3. Vidad Əliyev  


+100 kq.

1. Araz Mehrəliyev  

2. Elxan Tamirazov  

3. Rauf Yadigarli  

3. Əli Mahmudov  


İdmançıları təbrik edirik!