Qadınlardan ibarət milli yığma komandamızın Tata şəhərində keçirilən təlim-məşq toplanışına yekun vurulub
Qadınlardan ibarət milli yığma komandamızın və müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə Macarıstanın Tata şəhərində keçirilən təlim-məşq toplanışına bu gün yekun vurulub.
Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə 11 apreldə start götürən təlim-məşq toplanışında Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvləri də iştirak ediblər.
Təlim-məşq toplanışının məqsədi cüdosu qızlarımızın müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə, hazırlıq səviyyələrini təkminləşdirməkdir.