Qadınlardan ibarət yığma komandamız Kölndə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Qadınlardan ibarət yığma komandamız 10 nəfərlik heyətlə Almaniyanın Köln şəhərində Niderland, Almaniya, İngiltərə Kosovo və digər ölkələrin qadın cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Komandaya məşqçilər Elnur İsmayılov və Kifayət Qasımova rəhbərlik edir. Millimiz daha sonra 13-18 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılacaq.