Qarabağa səfər çərçivəsində Şuşa qalası və Cıdır düzünü ziyarət edilib
Olimpiya çempionlarımız Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Qarabağa səfər çərçivəsində Şuşa qalası və Cıdır düzünü ziyarət edib. Burada yerli əhali ilə səmimi söhbətlər edilib, fotolar çəkdirilib, cüdo azarkeşlərinə avtoqraflar verilib.
Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı baş tutur. Sabah isə Laçın və Füzulidə görüşlər təşkil olunacaq.