ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Qazaxda məşqçilər üçün seminar keçirildi

14 oktyabrda Qazax Olimpiya İdman Kompleksində Qərb bölgəsindən olan məşqçilər üçün seminar təşkil olunub.

Seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, beynəlxalq dərəcəli “B” kateqoriyalı hakimlər Arzu Acalova və Məhəmmədəli Quluzadə tərəfindən keçirilib. Seminarda xüsusi olaraq cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib.

Seminar zamanı iştirakçıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Azərbaycan Cüdo Federasiyası bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirlərini davam etdirəcək.