Qidalanma qaydaları mövzusunda seminar keçirildi
Azərbaycanın cüdo üzrə milli yığmaları üçün 12-13 iyul tarixlərində düzgün qidalanma qaydaları mövzusunda maarifləndirici seminar keçirilib. Seminarlarda Azərbaycanın cüdo üzrə böyüklərdən, gənclərdən, yeniyetmələrdən və qadınlardan ibarət milli yığma komandalarının idmançıları ilə yanaşı, milli yığma komandaların məşqçiləri və tibbi heyəti də iştirak ediblər.
Seminarlar İsrailin Vinqeyt Bədən Tərbiyəsi və İdman İnstitutunun mütəxəssisi, Beynəlxalq Olimpiya Komitəsinin idman qidalanması üzrə diplom proqramının məzunu, 2010-cu ildən etibarən sertifikatlaşdıırlmış peşəkar dietoloq kimi fəaliyyət göstərən Ameli Rossenu tərəfindən aparılıb. Qeyd edək ki, A.Rossenu peşəkar cüdoçu olub və karyerası boyu U23 Avropa çempionu olub, Böyük Dəbilqə və Qran Pri yarışlarında medallar əldə edib.
Seminarda idmançılara müsbət və mənfi təsir göstərə bilən qidalar və onları qəbul etmə qaydaları barədə ətraflı məlumat verilib. Dieotoloq çəki salma və digər narahatlıq yarada biləcək problemlərin düzgün həll olunması üçün öz tövsiyələrini verib.
Təlimlərdə qidalanma planının düzgün hazırlanması, məşqlər və yarışlar zamanı hansı qidalardan istifadə olunması və digər mövzular müzakirə olunub.
Seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara əlavə məsləhətlər verilib.